Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

ABŞ və Rusİya generallarının Bakıda görüşməsİ Azərbaycanın regİonda lokomotİv rol oynadığını bİr daha təsdİq etdİ

Bakı, 18 fevral, AZƏRTAC

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın regionda lokomotiv rol oynadığını bir daha təsdiq etdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Bayram Səfərov qeyd edib ki, Prezident İlham Əliyevin balanslı xarici siyasət yürütməsi Azərbaycanın dünyada nüfuzunu daha da artırıb. Eyni zamanda, Azərbaycan regionda təhlükəsizliyin təminində, o cümlədən Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Ölkəmiz dünyanın güc mərkəzlərinin böyük nüfuzunu qazanıb.

İcma rəhbəri hesab edir ki, dünyanın iki nəhəng dövlətinin nüfuzlu şəxslərinin Bakıda görüşməsi Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış etdiyini göstərir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR