Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 12 may 1992-cİ İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

 

12 may 1992-ci il

 

Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləş­mə­lər­­dən sonra Şuranın sədri Şuranın adından 1992-ci il mayın 12-də onun 3072-ci iclasında “Dağlıq Qarabağda vəziyyətə dair” sər­löv­hə­li bən­­din Şura tərəfindən baxılması ilə əlaqədar aşağı­da­kı­la­rı bə­yan etmişdir:

“Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağa dair və­ziy­yətin pisləşməsi və atəşkəs barədə sazişlərin pozulması ilə bağ­lı böyük insan tələfatına və xeyli maddi ziyan vurulmasına gə­ti­rib çıxaran son məlumatlardan, eləcə də bunların region ölkələri üçün nəticələrindən dərin narahatlıq keçirirlər.

Təhlükəsizlik Şurasının üzvləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində görülən səyləri, ey­nilə tərəflərə sülh yolu ilə nizamlanma əldə etməyə və hu­ma­ni­tar yardım göstərilməsinə yönələn digər səyləri yüksək qiymət­lən­di­rir və dəstəkləyirlər.

Onlar Baş Katib tərəfindən bu bölgəyə təcili olaraq fakt­la­rın araşdırılması və tərəflərə sülh yolu ilə nizamlanma əldə et­mək üçün ATƏM çərçivəsində göstərilən səylərə tezliklə kömək edil­məsi yollarının və vasitələrinin öyrənilməsi üçün missiya gön­dərilməsini alqışlayır. Bu missiya həmçinin beynəlxalq birlik tərəfindən təxirəsalınmaz humanitar yardım göstərilməsinin müm­kün yollarının öyrənilməsi üçün özünə müvafiq texniki ele­men­ti daxil edəcəkdir.

Təhlükəsizlik Şurasının üzvləri bütün maraqlı tərəfləri zo­rakılığa son qoymaq, Baş Katibin missiyasının işini asan­laş­dırmaq və onun personalının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırır. Onlar Şuranın Səd­ri adından 1992-ci il yanvarın 23-də (S/23496) və fevralın 14-də (S/23597) müvafiq olaraq Ermənistanın və Azərbaycanın Birləşmiş Mil­lətlər Təşkilatına üzv qəbul olunması barədə edilən bə­ya­nat­la­rı­nı və xüsusilə də Nizamnamənin mübahisələrin dinc yollarla və güc tətbiq etmədən nizamlanmasına aid prinsiplərinə istinadları xa­tırlayırlar”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR