Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 26 avqust 1992-cİ İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

 

26 avqust 1992-ci il

 

Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləş­mə­lər­­dən sonra Şuranın Sədri Şuranın adından “Dağlıq Qarabağda vəziyyətə dair” sərlövhəli bəndlə əlaqədar aşağıdakıları bəyan et­miş­­dir:

“Dağlıq Qarabağda vəziyyətin pisləşməsi, çoxlu insan tə­lə­fa­tı­­na və geniş miqyasda maddi zərərə səbəb olması haqqında məlu­mat­lar Təhlükəsizlik Şurasının üzvlərini dərindən narahat et­miş­dir.

Təhlükəsizlik Şurasının üzvləri bütün tərəfləri və digər əla­qədar tərəfləri atəşi dərhal dayandırmağa və ATƏM çərçi­və­sin­də Dağlıq Qarabağ məsələsinə dair Minsk Konfransının səylərinə, ha­belə Romada keçirilən hazırlıq danışıqlarına yardım göstərməyə qə­tiyyətlə çağırırlar. Onlar bütün tərəfləri və digər əlaqədar tərəf­ləri ATƏM ilə sıx əməkdaşlıq etməyə və öz mübahisələrinin dinc yolla aradan qaldırılmasına mümkün qədər tez nail olmaq məq­sə­di­lə danışıqlarda müsbət mövqelərdən iştirak etməyə təkidlə ça­ğı­rırlar. Onlar qeyd etmişlər ki, Baş Katib faktları müəyyən et­mək üçün həmin bölgəyə nümayəndələr göndərmiş və ATƏM-in yuxa­rı­da adı çəkilən danışıqlarına nümayəndələr göndərməyə ha­zır­dır. Şuranın üzvləri Dağlıq Qarabağda vəziyyətin inkişafı ilə əla­qədar olaraq həmin rayonlarda Birləşmiş Millətlər Təş­ki­la­tı­nın rolunu sonralar, lazımi vaxtda müzakirə edəcəklər”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR