Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 27 oktyabr 1992-cİ İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

 

27 oktyabr 1992-ci il

 

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apa­raraq Şuranın sədri Şuranın adından onun 1992-ci il sent­yab­rın 27-də keçirilmiş 3127-ci iclasında “Dağlıq Qarabağda və­ziy­yətə dair” sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşa­­ğıdakıları bəyan etmişdir:

“Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın 21-də Soçidə atəş­kəs barədə sazişin bağlanılmasına baxmayaraq, Dağlıq Qarabağda və onun ətrafında ciddi vəziyyətin qalmasından, eləcə də bununla əla­qədar insan tələfatı və maddi itkilər olmasından dərin na­ra­hatdır.

Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) ta­­rixli “Dağlıq Qarabağda vəziyyətə dair bəyanat”ının məzmununu, xü­su­­silə də ATƏM-in Dağlıq Qarabağa Minsk Konfransının sə­ylə­ri­nə dəstəyini təsdiq edir. O, qətiyyətlə bütün tərəfləri və bu məsə­lə­yə aid olan digərlərini dərhal atəşi dayandırmağa və blokadanın bü­tün növlərini aradan qaldırmağa çağırır. O, Minsk Konfransının işinin dərhal yenidən başlanılmasına və Sədrin təklif etdiyi qay­da və proseduralar əsasında siyasi danışıqların açılmasına çağı­rır. O, təkidlə bu məsələyə aidiyyatı olan bütün tərəfləri və di­gər­­lərini onların mübahisələrinin tezliklə hərtərəfli nizamlan­ma­­sı­nı əldə etmək üçün ATƏM-lə sıx əməkdaşlığa və Konfransın işin­­də əsaslı iştirak etməyə çağırır.

Təhlükəsizlik Şurası Baş Katibin Birləşmiş Millətlər Təş­­kilatının ATƏM-in səylərinin dəstəklənməsi planına, eləcə də humanitar yardım göstərilməsinə nə kimi töhfə verə biləcəyi mə­­­sə­ləsinin öyrənilməsi üçün bu regiona öz nümayəndəsini göndər­mə­­yə dair niyyətindən məmnun olduğunu bildirir”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR