Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 29 yanvar 1993-cü İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

 

29 yanvar 1993-il

 

Təhlükəsizlik Şurasının Sədri 1993-cü ilin 29 yanvarında ke­çirdiyi məsləhətləşmələrdən sonra Şuranın üzvləri adından küt­ləvi informasiya vasitələrinin nümayəndələrinə aşağıdakıları bə­yan etmişdir:

“Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respub­lika­sı­na malların və materialların göndərilməsi, xüsusilə elektrik ener­­jisi verilməsindəki fasilələrin dağıdıcı nəticələri ilə əla­­qədar Təhlükəsizlik Şurasının üzvləri dərin narahatlıq keçir­dik­­lərini bildirirlər. Qeyri-adi dərəcədə sərt qışın geniş­lən­dir­­diyi bu fasilələr həmin bölgələrin iqtisadiyyatını və infra­struk­­turunu iflas həddinə gətirib çıxarmış və real aclıq təhlü­kə­si yaratmışdır.

Şuranın üzvləri təkidlə bütün kömək edə biləcək ölkələri ya­nacaq və humanitar yardımın göndərilməsinə kömək etməyə və re­gion ölkələrinin hökumətlərini humanitar vəziyyətin gələcəkdə daha da pisləşməsinin qarşısını almaq məqsədilə humanitar yük­lə­rin, xüsusilə də yanacağın Ermənistana və Azərbaycanın Naxçıvan böl­gəsinə maneəsiz çatdırılmasını təmin etməyə çağırır.

Şuranın üzvləri tərəfləri bir araya gətirmək və ATƏM-in bu regionda sülhün bərqərar olmasına yönələn bütün səylərini tam dəs­təklədiklərini bir daha bəyan edirlər. Onlar tərəfləri dərhal atəş­kəsə və tezliklə ATƏM çərçivəsində danışıqların yenidən baş­lanılmasına razılaşmağa çağırırlar.

Təhlükəsizlik Şurasının üzvləri bu məsələyə baxmağı davam et­dirəcəklər”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR