Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 6 aprel 1993-cü İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

6 aprel 1993-il

 

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələrdən son­ra Şuranın Sədri Şuranın adından 1993-cü il aprelin 6-da onun 3194-cü iclasında “Dağlıq Qarabağda vəziyyətə dair” sərlövhəli bən­­din Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bə­yan etmişdir:

“Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azər­bay­can Respublikası arasında münasibətlərin pisləşməsindən və Dağ­lıq Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclən­mə­sindən, xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan Respub­li­ka­sının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi narahat olduğunu bil­dirir. Şura sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən be­lə düşmənçilik hərəkətlərinin hamısına dərhal son qoymağı və bu qüvvələri oradan çıxarmağı tələb edir.

Bununla əlaqədar Təhlükəsizlik Şurası bölgənin bütün döv­lət­lərinin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlə­ri­nin pozulmazlığını təsdiq edərək ATƏM çərçivəsində sülh prose­si­nə tərəfdar olduğunu bildirir. O ümid etdiyini bildirir ki, Minsk Qrupunun bu yaxınlarda əldə etdiyi ilkin sazişdən sonra ya­xın vaxtlarda atəşi dayandırmaq, müşahidəçilərin yerləşdirilməsi cəd­vəli, siyasi bəyannamənin layihəsi barədə sazişlər də əldə olu­na­caq və Minsk Konfransı tezliklə çağırılacaqdır.

Təhlükəsizlik Şurası müvafiq tərəfləri ATƏM çərçivə­sin­də sülh prosesində irəliləyiş olması üçün əllərindən gələni əsir­gəməməyə və problemin siyasi həllini çətinləşdirə bilən heç bir hərəkətə yol verməməyə təkidlə çağırır.

Şura həmçinin mülki əhalinin iztirablarını azaltmaq məq­sə­di ilə bölgədə,      o cümlədən münaqişəyə cəlb olunmuş bütün rayon­lar­da humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliy­yə­tin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır.

Təhlükəsizlik Şurası Baş Katibdən xahiş edir ki, ATƏM ilə məsləhətləşərək faktları müvafiq şəkildə müəyyənləşdirsin və təcili olaraq Şuraya hadisə yerində vəziyyətə qiymət verilən mə­ru­zə təqdim etsin.

Şura bu məsələ ilə məşğul olmaqda davam edəcəkdir”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR