Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Senator: “Fransa dövlətİ Azərbaycanın ərazİ bütövlüyünə hörmətlə yanaşır”

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların işğal olunmuş Dağlıq Qarabağa səfərlərini tənqid edib.

 

APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən mətbuat konfransında A. Reyşar bildirib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır.


Bəzi həmkarlarının Dağlıq Qarabağa səfərlərinin qanuna zidd olduğunu söyləyən senator qeyd edib ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmalıdır”.

 

A. Reyşar onu da əlavə edib ki, onlar səfər çərçivəsində cəbhədə, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR