Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qətnamələr

BMT Təhlükəsİzlİk Şurasının 3505-cİ İclası 822 saylı QƏTNAMƏ - 30 aprel 1993-cü İl

BMT Təhlükəsizlik Şurasının 3505-ci iclası

822 saylı QƏTNAMƏ

 

30 aprel 1993-cü il

 

Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi barə­də Təh­­lü­kəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da (S/25199) və aprelin 6-da (S/25539) verdiyi bəyanatlara istinad edərək,

Baş Katibin 1993-cü il aprelin 14-dəki məruzəsini (S/26600) nəzərə    alaraq,

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası ara­sın­da münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi nara­hat­lıq iz­har edərək, silahlı hərbi əməliyyatların güclənməsi, qismən də Azər­baycan Respublikasının Kəlbəcər rayonuna yerli erməni qüv­və­lə­rinin son təcavüzünü narahatlıqla qeyd edərək,

eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və təhlü­kə­siz­li­yi qorxu altına aldığından narahat olaraq,

çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cüm­lə­dən Kəlbəcər rayonunda yaranmış fövqəladə durumla bağ­lı ciddi na­ra­hatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütöv­lü­yü­nə hörməti bir daha təsdiq edərək, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və əra­zi əl­də etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təs­diq­ləyərək, ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini dəs­təklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclən­mə­sinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən də­rin narahatlıq keçirərək:

1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hər­bi əmə­liy­yat­la­rın və düşmənçilik hərəkətlərinin dərhal dayan­dı­rıl­ma­sını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbə­cər rayonundan və Azər­baycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çı­xarılmasını tələb edir;

2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk Qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dər­hal danışıqları bərpa etməyə və problemin dinc yolla həllini çə­tinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla də­vət edir;

3. Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün ra­yon­lar­da mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün hu­ma­ni­tar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz hə­yata keçirilməsini təmin etməyə çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq huma­ni­tar hüququn prinsiplərinə və nor­malarına əməl etməyə borc­lu­durlar;

4. Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, ha­belə ATƏM-in Minsk Qrupunun sədri ilə məsləhətləş­mə keçirib böl­gədəki, o cümlədən Azərbaycanın Kəlbəcər rayo­nun­dakı vəziyyətə qiy­mət versin və Şuraya yeni məruzə təqdim etsin;

5. Qərara alır ki, bu məsələ ilə fəal məşğul olunma­sı­nı da­vam etdirsin.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR