Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qətnamələr

BMT Təhlükəsİzlİk Şurasının 3259-cu İclası 853 saylı QƏTNAMƏ - 29 İyul 1993-cü İl

BMT Təhlükəsizlik Şurasının 3259-cu iclası

853 saylı QƏTNAMƏ

  29 iyul 1993-cü il

 

Təhlükəsizlik Şurası

1993-cü il 30 aprel tarixli öz 822 (1993) saylı qətnaməsini təs­diq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Mü­şavirənin (ATƏM) Minsk Qrupunun sədri tərəfindən 1993-cü il iyu­lun 27-də (S/26184) baxılmış məruzəni nəzərdən keçirərək,

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası ara­sın­­da münasibətlərin pisləşməsi və onların arasındakı gərgin­lik­lə əlaqədar olaraq ciddi narahatlıq keçirdiyini ifadə edərək,

əlaqədar tərəflərin onun 822 (1993) saylı qətnaməsinin hə­ya­ta keçirilməsi sahəsində təxirəsalınmaz tədbirlər cədvəlini qə­bul etməsini alqışlayaraq,

hərbi əməliyyatların güclənməsini, o cümlədən  Azər­bay­can Respublikasında Ağdam rayonunun işğal olunmasını təş­vişlə qeyd edərək,

bu vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu tö­rət­mə­­­sindən narahat olaraq,

Azərbaycan Respublikasında çox böyük miqdarda mülki şəxs­lə­rin didərgin düşməsi və bölgədəki fövqəladə humani­tar vəziyyətlə əla­qədar yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək:

1. Azərbaycan Respublikasının Ağdam rayonunun və bu yaxın­lar­da zəbt olunmuş bütün digər rayonlarının işğalını pisləyir;

2. Bölgədə gələcəkdəki bütün düşmənçilik hərəkətlə­ri­ni, o cüm­­lədən mülki şəxslərə hücumları və yaşayış rayon­la­rının bom­ba­­lanmasını və top atəşlərinə tutulmasını pisləyir;

3. Bütün hərbi əməliyyatların təxirə salınmadan dayan­dı­rıl­masını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azər­bay­can Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal olun­muş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxa­rıl­masını tələb edir;

4. Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razı­lı­ğa gəlməyə və bu razılaşmalara əməl etməyə çağırır;

5. Bölgədə iqtisadi, nəqliyyat və energetika əlaqə­lərini bər­pa etməyə dair özünün əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü bənd­lər baxımından bir daha təsdiq edir;

6. Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq sa­həsində ATƏM-in Minsk Qrupunun davam etdirdiyi səyləri, o cüm­lə­dən 822 (1993) saylı qətnamənin həyata keçirilməsi sahəsində səy­lə­ri bəyənir və hərbi əməliyyat­la­rın gücləndirilməsinin bu səylər üçün fəlakətli nəticələr verə biləcəyi ilə əlaqədar ciddi na­ra­hat­lıq keçirdiyini ifadə edir;

7. ATƏM-in müşahidə üzrə nümayəndə heyətinin, həmçinin onun yerləşdirilməsi cədvəlinin hazırlanması sahəsində tədbir­lə­ri, habelə bölgədə ATƏM-in nümayəndə­lə­ri­nin olmasının təmin edil­mə­sinə dair təkliflərə ATƏM çərçivəsində baxılmasını al­qışlayır;

8. Əlaqədar tərəfləri münaqişənin dincliklə aradan qaldı­rıl­masına maneçilik törədən hər hansı hərəkətlərdən çəkinməyə və və­ziyyətin qəti şəkildə nizama salınmasına nail olmaq məqsədilə da­nışıqları ATƏM-in Minsk Qrupu çərçi­və­sin­də, habelə əlaqədar tə­rəflər arasında birbaşa görüşlər vasitəsilə davam etdirməyə təkidlə çağırır;

9. Ermənistan Respublikasının hökumətini Azərbaycan Res­pub­likasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993) say­lı qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk Qru­pu­nun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsi­ri­ni göstərməyi davam etdirməyə təkidlə çağırır;

10. Dövlətləri münaqişənin güclənməsinə və ya ərazi­nin iş­ğa­lının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı si­lah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır;

11. Mülki əhalinin artmış iztirablarını yüngülləş­dir­mək üçün bölgədə, xüsusən münaqişənin əhatə etdiyi bütün rayonlarda hu­ma­nitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin ma­neə­siz həyata keçirilməsini təmin etməyə yenidən çağırır və bir da­ha təsdiq edir ki, bütün tərəflər beynəl­xalq humanitar hüququn prin­sip­lərinə və normalarına əməl etməyə borcludurlar;

12. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xa­hiş edir ki, zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım gös­tər­sin və didərgin düşmüş şəxslərə öz evlərinə qayıtmağa kömək et­sinlər;

13. Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə məs­ləhətləşərək yaranmış vəziyyət haqqında Şuraya məru­zələr təqdim olunmasını davam etdirsin;

14. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR