Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Surası sədrİnİn BƏYANATI - 18 avqust 1993-cü İl

BMT Təhlükəsizlik Surası sədrinin

BƏYANATI

 

18 avqust 1993-il

 

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apa­raraq Şuranın sədri Şuranın adından onun 1993-cü il avqustun 18-də keçirilmiş 3264-cü iclasında “Dağlıq Qarabağda vəziyyətə dair” sər­lövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşa­­ğı­da­­kıları bəyan etmişdir:

“Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azər­bay­­can Respublikası arasında münasibətlərin pisləşməsi ilə və on­la­­rın arasındakı gərginliklə əlaqədar ciddi narahatlıq keçir­di­yi­ni bildirir. Şura Ermənistan Respublikasının hökumətini Azər­bay­­can Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin Şu­ra­­nın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məq­­sədilə öz təsirindən istifadə etməyə çağırır.

Şura habelə bu günlərdə Füzuli rayonunda döyüş əməliy­yat­la­rı­­nın güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şu­ra əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonla­rı­­na müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Res­­publikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hü­­cumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və böl­gədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliy­yat­la­rın və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə iş­­ğal­çı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respub­li­­kasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olun­­muş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxa­rıl­­masını tələb edir. Şura Ermənistan Respublikasının höku­mə­ti­­ni bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır.

Şura Azərbaycan Respublikasının və regionun bütün başqa döv­lətlərinin suverenliyini və ərazi bütövlüyünü, habelə onların sər­hədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk Qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi təsirdən dərin narahatlıq keçirdiyini bildirir. Şura ATƏM-in sülh pro­sesini tamamilə müdafiə etdiyini qeyd edir və Minsk Qrupunun da­nı­şıqlarının indiki mərhələsində öz baxışlarını və möv­qe­lə­ri­ni bilavasitə ifadə etmək üçün münaqişədə iştirak edən tərəf­lə­rə verilmiş imkanı xüsusilə nəzərə çarpdırır. Bu baxımdan Şu­ra bütün tərəfləri avqustun 13-də Minsk Qrupunun təqdim etdiyi “BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin ye­ri­nə yetirilməsinə dair təxirəsalınmaz tədbirlər cədvəli”nin də­qiq­ləşdiril­miş variantına müsbət cavab verməyə və məsələnin sülh yo­lu ilə həllini poza biləcək hər hansı hərəkətdən çəkinməyə çağı­rır. Şura yaranmış vəziyyətin bütün cəhətləri barədə məruzə ha­zır­lamaq üçün bölgəyə missiya göndərmək haqqında ATƏM-in niyyə­ti­ni alqışlayır.

Son günlərdə münaqişənin genişlənməsi ilə əlaqədar Şura döv­lətləri münaqişənin güclənməsinə və ya Azərbaycan Respubli­ka­sı ərazisinin işğalının davam etdirilməsinə gətirib çıxara bilə­cək hər hansı silah və döyüş sursatı göndərməkdən çəkinmək barədə 853 saylı qətnamədəki çağırışını bir daha təkidlə təsdiq edir. Şu­ra Ermənistan Respublikasının hökumətini cəlb olunmuş qüvvə­lə­rin gələcəkdə hərbi əməliyyatı genişləndirmək üçün vəsait al­ma­­malarını təmin etməyə çağırır.

Şura habelə mülki əhalinin getdikcə artan iztirablarını yün­­gül­ləşdirmək   məqsədilə bölgəyə, münaqişədən zərər çəkmiş bü­tün zonalara beynəlxalq humanitar yardımın maneəsiz çatdırılma­sı­nı təmin etməyə dair 822 və 853 saylı qətnamələrdə olan çağırış­la­rı bir daha təkrar edir. Şura tərəflərə xatırladır ki, onlar bey­nəl­­xalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etmə­yə borcludurlar və əməl etməlidirlər.

Təhlükəsizlik Şurası bu məsələ ilə fəal məşğul olmaqda da­vam edəcək və özünün qətnamələrinə bütün tərəflərin tamamilə razı ol­­ma­sını və əməl etməsini təmin etməkdən ötrü müvafiq təd­bir­lə­ri nəzərdən keçirməyə hazır olacaqdır”.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR