Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qətnamələr

BMT Təhlükəsİzlİk Şurasının 3292-cİ İclası 874 saylı QƏTNAMƏ - 14 oktyabr 1993-cü İl

BMT Təhlükəsizlik Şurasının 3292-ci iclası

874 saylı QƏTNAMƏ

                                       

14 oktyabr 1993-cü il

 

Təhlükəsizlik Şurası

Özünün 1993-cü il 30 aprel tarixli 822 saylı və 1993-cü il 29 iyul tarixli 853 saylı qətnamələrini təsdiq edərək və Şuranın səd­ri­nin Şura adından 1993-cü il avqustun 18-də oxunmuş bəyanatına (S/26326) istinad edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Mü­şavirənin (ATƏM) Dağlıq Qarabağa dair Minsk Konfransı səd­ri­nin Təhlükəsizlik Şurası sədrinin adına göndərilmiş mək­tu­bu­nu (S/26522) nəzərdən keçirərək,

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Res­pub­li­kası ilə Azərbaycan Respublikası arasındakı münasi­bət­lərdəki gər­ginliyin bölgədə sülh və təhlükəsizlik üçün qorxu yarada bi­lə­cə­yin­dən ciddi narahat olduğunu bildirərək,

1993-cü il oktyabrın 8-də Moskvada yüksək səviyyədə keçi­ril­miş görüşləri qeyd edərək və bu görüşlərin vəziyyətin yaxşı­laş­ma­sı­na və münaqişənin sülh yolu ilə aradan qaldı­rıl­masına kömək edə­cə­yinə ümid bəsləyərək,

Azərbaycan Respublikasının və regiondakı bütün başqa döv­lət­lərin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edərək,

habelə, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əl­də etmək üçün qüvvə tətbiq olunmasının yolveril­məz­li­yi­ni bir daha təs­diq edərək,

münaqişənin adamlara gətirdiyi müsibətlərdən ciddi na­ra­hat olduğunu bir daha bildirərək və o cümlədən Azərbaycan Res­pub­li­kasında böyük sayda mülki şəxslərin köç­kün vəziyyətə düşməsi ilə əla­qədar özünün ciddi narahatlığını ifadə edərək:

1. Əlaqədar tərəfləri ATƏM-in Minsk Qrupuna dəstək olaraq Ru­siya Federasiyası hökumətinin köməyi ilə birbaşa əlaqələr nəti­cə­sində müəyyən olunmuş atəşkəsi səmərəli və daimi etməyə ça­ğı­rır;

2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini, ha­be­lə ATƏM-in Minsk Qrupunun daimi səylərini tamamilə dəstək­lə­di­yi­ni bir daha bəyan edir;

3. 1993-cü il sentyabrın 28-də ATƏM-in Minsk Qrupunun mü­şa­virəsində hazırlanmış və qrupun sədri tərəfindən əlaqədar tə­rəf­lərə təqdim olunmuş və həmin qrupun digər doqquz üzvünün hər­tə­rəf­li dəstəklədiyi “Təhlükəsizlik Şura­sı­nın 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsinə dair təxi­rə­sa­lın­maz tədbirlərin yeni­ləş­di­ril­miş cədvəli”ni alqışlayır və tə­rəflərin buna diqqət yetirməsini tövsiyə edir və tərəfləri həmin cəd­vəli qəbul etməyə çağırır;

4. Əmin olduğunu bildirir ki, münaqişədən doğan və “yeni­ləş­­dirilmiş cədvəl”də bilavasitə nəzərdən keçirilmə­yən bütün baş­­qa həll edilməmiş məsələləri ATƏM-in Minsk prosesi baxı­mın­­dan tezliklə sülh danışıqları çərçivəsində həll etmək lazım­dır;

5. Qüvvələrin bu yaxınlarda işğal edilmiş ərazilərdən çı­xa­rıl­ması, kommunikasiya və nəqliyyat üçün olan bütün maneələrin ara­dan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk Qrupunun “Ye­ni­ləş­­dirilmiş cədvəl”də nəzərdə tutul­muş qarşılıqlı və təxi­rə­sa­lın­maz tədbirləri dərhal həyata keçirməyə çağırır;

6. Habelə cədvəldə nəzərdə tutulduğu kimi, münaqişənin da­nı­şıqlar yolu ilə aradan qaldırılmasına nail olmaq məqsə­di­lə ATƏM Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli mandatına uy­ğun olaraq ATƏM-in Minsk Konfransını tezlik­lə keçirməyə ça­ğı­rır;

7. Baş Katibdən ATƏM-in Minsk Konfransında işti­rak et­mək üçün nümayəndə göndərmək təklifinə müsbət yanaş­ma­ğı və konf­ransın açılışından sonra danışıqların mətləb­dən kənara çıx­maması üçün mümkün olan hər cür kömək göstər­məyi xahiş edir;

8. ATƏM-in müşahidə üçün yaratdığı missiyanı dəstək­lə­yir;

9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ hər han­sı şə­kil­də pozmaqdan çəkinməyə çağırır və münaqişənin toxunduğu bütün ra­­yonlarda humanitar yardım göstərilməsinə dair beynəlxalq fəa­liy­yə­­tin maneəsiz həyata keçirilməsini təmin etmək barədə 822 (1993) və 853 (1993) saylı qətnamə­lər­dəki çağırışını bir daha təkrar edir;

10. Regiondakı bütün dövlətləri münaqişənin geniş­lən­mə­si­nə, bölgədə sülh və təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik hərəkətlərindən, işə hər hansı şəkildə qa­rış­maqdan və ya hərbi müdaxilədən çəkinməyə təkidlə çağırır;

11. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xa­hiş edir ki, zərər çəkmiş mülki əhaliyə fövqəladə humanitar yardım gös­tərsinlər, qaçqınlara və köçkün şəxslərə öz evlə­ri­nə ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmağa kö­mək etsin­lər;

12. Habelə Baş Katibdən ATƏM-in indiki sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən xahiş edir ki, Minsk pro­sesinin gedişi haq­qın­da və yerlərdə vəziyyətin bütün cəhət­lə­ri­nə dair, habelə bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təş­kilatı arasında indiki və gələ­cək­dəki əmək­daşlıq haqqında Şu­raya məruzələr təqdim olun­ma­sını davam etdirsinlər;

13. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR