Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qətnamələr

BMT Təhlükəsİzlİk Şurasının 3313-cü İclası 884 saylı QƏTNAMƏ - 11 noyabr 1993-cü İl

BMT Təhlükəsizlik Şurasının 3313-cü iclası

884 saylı QƏTNAMƏ

                                        

11 noyabr 1993-cü il

 

Təhlükəsizlik Şurası

Özünün 30 aprel 1993-cü il tarixli 822 saylı (1993), 29 iyul 1993­-cü il tarixli 853 saylı (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 saylı (1993) qətnamələrini təsdiq edərək,

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Res­pub­li­kası ilə Azərbaycan Respublikası arasında münasibət­lə­rin gər­gin olaraq qalmasının regionda sülhü və təhlü­kə­siz­li­yi təhdid edə­cə­yinə görə ciddi narahatlıq ifadə edərək,

atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eska­la­­siyasının və bu pozuntulara cavab olaraq həddindən artıq güc tət­biq edilməsini, o cümlədən Azərbaycan Respublikasının Zəngi­lan ra­yonunun və Horadiz şəhərinin işğalını təşvişlə qeyd edərək,

Azərbaycan Respublikasını və regiondakı bütün digər döv­lət­lərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək,

həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və əra­zi əl­də etmək üçün güc tətbiq edilməsinin yolverilməzli­yi­ni bir daha təs­diq edərək,

böyük sayda mülki şəxsin ən sonuncu yerdəyişmə hadisəsinə və Zən­gilan rayonunda, Horadiz şəhərində və Azər­bay­canın cənub sər­hədində fövqəladə humanitar şərai­tin yaran­masına görə ciddi na­ra­hatlıq ifadə edərək

1. Tərəflərin qəbul etdiyi atəşkəsin bu yaxında hərbi əmə­liy­yatların yenidən başlanmasına səbəb olmuş pozul­ma­sı­nı, o cüm­lə­dən Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını, dinc sa­kin­lərə hücumları və Azərbaycan Respub­lika­sı ərazilərinin atəşə tu­tulmasını məhkum edir;

2. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionun­da er­mə­nilər tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qət­na­mə­lərə riayət edilməsinə nail olmaq və hərbi kompa­ni­yaya cəlb olun­muş qüvvələrin onu davam etdirmək üçün vəsaitlə təchiz olunmasını tə­min etməmək məqsədi ilə Ermənistan dövlətini öz təsirindən is­ti­fadə etməyə çağırır:

3. ATƏM-in Minsk Qrupunun 9 üzvünün 4 noyabr 1993-cü il ta­rix­li (S/26718) bəyanatını məmnunluqla qeyd edir, orada əks olunmuş atə­şin dayandırılması barədə birtərəfli bəyannamələrə aid tək­lif­ləri yüksək qiymət­lən­di­rir;

4. ATƏM-in Minsk Qrupunun 2-8 noyabr 1993-cü il tarixli Vya­­na müşavirəsində edilmiş müraciətlər də nəzərə alınmaqla Təh­­lükəsizlik Şurasının 822 (1993) və 853 (1993), (S/26522, əlavə) say­lı qətnamələrinin yerinə yetiril­mə­si üzrə “Təxirəsalınmaz təd­bir­lərin yeniləşdirilmiş cədvəli”nə əsasən hər­bi əməliy­yatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayan­dı­rıl­ma­sı­nı, işğalçı qüvvələ­rin Zəngilan rayonundan və Horadiz şəhə­rin­dən bir­tərəfli surətdə çıxarılmasını və Azərbaycan Respub­li­ka­sı­nın bu yaxında iş­ğal olunmuş rayonlarından qəsbkar qüvvələrinin çı­xa­rılmasını maraqlı tə­rəf­lərdən tələb edir;

5. Ən təkidli surətdə maraqlı tərəfləri ATƏM-in Minsk Qru­puna dəs­tək olaraq Rusiya Federasiyası hökumə­ti­nin yar­dım­çı­lı­ğı ilə qurulmuş birba­şa əlaqələrin nəticəsində əl­də olunmuş atəş­kəsin təcili bərpa olunmasına, onun səmərə­­li və daimi ol­ma­sı­na, münaqişənin danışıqlar yolu ilə ATƏM­-in Minsk prosesi və ATƏM-in Minsk Qrupunun 1993-cü il 2-8 noyabrında Vyanada keçirilmiş müşavirəsində “Yeni­ləş­dirilmiş cədvəli»nə edilən düzə­liş­lər kontekstində nizamlanmasının imkanlarını axtarmağı da­vam etdirməyə çağırır;

6. Yenidən təkidlə regionun bütün dövlətlərini müna­qi­şə­nin böyüməsinə, regionda sülhü və təhlükəsizliyi poza biləcək hər han­sı bir düşmənçilik aktından, hər hansı bir müdaxilədən çə­kin­mə­yə çağırır;

7. Baş Katibdən və müvafiq beynəlxalq təsisatlardan zərər çək­miş mül­ki əhaliyə, o cümlədən Zəngilan rayonunun və Horadiz şə­hərinin və Azərbayca­nın cənub sərhədlərinin əha­li­sinə təcili hu­manitar yardım göstərilməsini, qaç­qınlara və məcburi köçkünlərə öz evlərinə ləyaqətlə və təhlükəyə məruz qal­ma­dan qayıtmasına kömək et­məyi xahiş edir;

8. Yenidən Baş Katibə, ATƏM-in fəaliyyətdə olan sədri­nə və ATƏM-in Minsk Konfransının sədrinə müraciət edərək gələcəkdə Minsk pro­sesinin gedişatı barədə və yerdə vəziy­yətin bütün aspekt­lə­ri, xüsusilə  Şu­ra­nın müvafiq qətnamələri­nin həyata keçiril­mə­si, ATƏM və BMT arasında bu mü­na­sibətlərdə indiki və gələcək əmək­daşlıq barədə məlumat vermə­lərini xa­hiş edir;

9. Bu məqsədlə fəal məşğul olmağı davam etdirməyi qərara alır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR