Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

BMT Təhlükəsİzlİk Şurası sədrİnİn BƏYANATI - 26 aprel 1995-cİ İl

BMT Təhlükəsizlik Şurası sədrinin

BƏYANATI

 

26 aprel 1995-ci il

 

Təhlükəsizlik Şurasının 1995-ci il aprelin 26-da 3525-ci ic­­lasında “Dağlıq Qarabağda vəziyyətə dair” sərlövhəli bəndə baxıl­ma­­sı ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri Təhlükəsizlik Şu­rasının adından aşağıdakıları bəyan etmişdir:

“Təhlükəsizlik Şurası özünün 884 saylı qətnaməsinin 8-ci bən­­dinə uyğun olaraq ATƏT-in Dağlıq Qarabağa dair Minsk Konfran­sı­­nın həmsədrlərinin təqdim etdiyi məruzələrə (S/1995/249 və S/1995/321) baxmışdır. Təhlükəsizlik Şurası 1994-cü il mayın 12-də Rusiya Federasiyasının vasitəçiliyi və ATƏT-in Minsk Qrupu ilə qarşılıqlı fəaliyyət sayəsində razılaşdırılmış atəşkəsin bir ilə yaxın müddətdə saxlanılmasından məmnunluğunu bildirir.

Eyni zamanda, Təhlükəsizlik Şurası Azərbaycan Respublika­sı­nın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişədən və Er­­mənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gər­­ginlikdən təkrarən narahatlığını bildirir. Təhlükəsizlik Şu­­rası, xüsusilə bu yaxınlarda baş vermiş zorakı hadisələrlə əla­qə­dar narahat olduğunu bildirir və 1995-ci il fevralın 6-da razı­laş­­dırıldığı kimi hadisələrin nizamlanmasında birbaşa əla­qə­lər me­xanizmindən istifadə edilməsinin vacibliyini vurğulayır. O, qə­tiy­yətlə tərəfləri belə hadisələrin gələcəkdə qarşısının alın­ma­sı üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Şura, regionun bütün dövlətlərinin suverenliyi və ərazi bü­töv­lüyünə əsaslanan özünün bütün qətnamələrini təsdiq edir. O, həm­çi­nin beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazi zəbt edil­məsi üçün gücdən istifadənin yolverilməzliyini təsdiqləyir.

Təhlükəsizlik Şurası qoşunların geri çəkilməsini təmin et­məklə münaqişənin bütün tərəflər üçün əsas nəticələrini aradan qal­dıracaq və Minsk Konfransının çağırılmasına imkan yaradacaq si­lahlı münaqişənin dayandırılmasına dair siyasi sazişin bağ­la­nıl­ması üçün sürətli danışıqların keçirilməsinə yönələn Minsk Konfransının həmsədrlərinin bütün səylərinə özünün tam dəs­tə­yi­ni yenidən başlayır.

Təhlükəsizlik Şurası vurğulayır ki, sülh nizamlanmasını əl­də etmək üçün əsas məsuliyyəti münaqişə tərəfləri daşıyırlar. Təh­lükəsizlik Şurası silahlı münaqişənin dayandırılmasına dair si­yasi sazişin BMT Nizamnaməsi və ATƏT-in müvafiq prinsipləri əsa­sında bağlanılmasının zəruriliyini bildirir. O, qətiyyətlə tərəf­ləri hər hansı bir ilkin şərtlərsiz və prosedur maneələrsiz,  konst­ruktiv danışıqlar aparmağa, sülh prosesini sarsıda biləcək is­tənilən hərəkətlərdən çəkinməyə çağırır. O vurğulayır ki, belə sa­zişin əldə edilməsi ATƏT-in çoxmillətli sülhməramlı qüv­və­lə­ri­nin yerləşdirilməsi üçün ilkin şərtdir.

Təhlükəsizlik Şurası ATƏT-in Budapeşt sammitinin 1994-cü il 6 dekabr tarixli “Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” qərarını alqışlayır. O, tə­rəflər arasında silahlı münaqişələrin dayandırılmasına dair sa­ziş olarsa, ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin müm­kün yerləşdirilməsinə dair lazımi qətnamələrlə davamlı siyasi dəs­tək verməyə hazır olduğunu təsdiqləyir. BMT həmçinin texniki məs­ləhətlər və ekspert rəyi verməyə hazırdır.

Təhlükəsizlik Şurası tərəflərin Minsk Qrupu çər­çi­və­sin­də 1994-cü il aprelin 15-də razılaşdırıldığı kimi etiraf yara­dıl­masına dair tədbirləri, xüsusilə də humanitar sahədə, o cüm­lə­dən bütün hərbi əsirləri və mümkün saxlanılmaları atəşkəsin bi­rin­ci ildönümünə azad edilməsinin yerinə yetirilməsinin zə­ru­ri­li­yi­ni vurğulayır. O, tərəfləri silahlı münaqişə ilə toxunulmuş mül­ki əhalinin iztirablarının qarşısının alınmasına çağırır.

Təhlükəsizlik Şurası Baş Katibə, ATƏT-in sədrinə və ATƏT-in Minsk Qrupunun həmsədrliyinə öz tələbini yeniləşdirir ki, Minsk prosesinin irəliləyişi, yerlərdə vəziyyəti, xüsusilə mü­va­fiq qətnamələrin yerinə yetirilməsi, ATƏT və BMT arasında in­di­ki və gələcək qarşılıqlı fəaliyyət haqqında Şuraya məruzə et­mə­yi davam etdirsinlər.

Şura bu məsələyə baxmaqda davam edəcək".

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR