Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Qətnamələr

BMT Baş Assambleyası 60-cı sessİya, 98-cİ plenar İclas, Azərbaycanın İşğal olunmuş ərazİlərİndə vəzİyyət, QƏTNAMƏ - 7 sentyabr, 2006-cı İl

BMT Baş Assambleyası

60-cı sessiya, 98-ci plenar iclas,

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət,

QƏTNAMƏ

 

7 sentyabr, 2006-cı il

 

           Baş Assambleya,

Ətraf mühitə geniş miqyaslı ziyan vurmuş, məruz qalmış ərazilərdə baş vermiş yanğınlarla bağlı ciddi narahatçılıq keçirərək:

1. Məruz qalmış ərazilərdə yanğınların qarşısını almaq və onların zərərli nəticələrini aradan qaldırmaq məqsədilə təcili olaraq ekoloji əməliyyatın keçirilməsinin zəruriliyini vurğulayır,

2. Bu məqsədlə tərəflərin əməkdaşlığa hazır olmalarını alqışlayır və bu əməliyyatın vacib etimad quruculuğu tədbiri olduğunu hesab edir,

3. Ekoloji əməliyyatın hazırlanmasında bir addım kimi yanğınların ətraf mühitə qısa müddətli və uzun müddətli təsirini qiymətləndirmək üçün ATƏT-in bölgəyə missiya təşkil etmək niyyətini nəzərə alır,

4. Bununla əlaqədar, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə Ətraf Mühit üzrə BMT Proqramını, ATƏT ilə əməkdaşlıqda bölgənin ətraf mühitinin tənəzzülünün qısa və uzun müddətli təsirinin qiymətləndirilməsi və öhdəsindən gəlməsi və həmçinin onun bərpası daxil olmaqla bütün zəruri yardım və ekspert təcrübəsini təmin etməyə çağırır,

5. ATƏT-in fəaliyyətdə olan sədrindən 30 aprel 2007-ci il tarixinədək bu məsələ üzrə Baş Assambleyanın Üzv Dövlətlərinə məruzə təqdim etməyi xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR