Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan ATƏT-İ Ermənİstandan substantİv danışıqlara cəlb olunmaqla xoş nİyyət göstərməsİnİ tələb etməyə çağırır

Bakı, 27 mart, AZƏRTAC

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT-in üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in sənəd və qərarlarını pozaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib.

Ermənistan prezidenti 2017-ci il martın 25-də hərbi təlimlərin son mərhələsində şəxsən iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər edib, “döyüş vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib.

Ermənistan prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd edib. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul edib. O, bəyan edib ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri verib”.

Ermənistan prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status-kvonu möhkəmləndirmək üçün istifadə edir.

Bu baxımdan, Ermənistan prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: “bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir” (Serj Sarkisyan).

Hərbi təlimlər və Ermənistan prezidentinin bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir. Qeyd edilməlidir ki, Ermənistan prezidenti bu çıxışını işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi ilə pislənmiş və qoşunların dərhal, qeyd-şərtsiz və birbaşa çıxarılması tələb edilmiş Azərbaycanın Ağdam rayonunda etmişdir. 24 ildir ki, bu tələb beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməyib.

Əvəzində, Ermənistan atəşkəsdən öz silahlı qüvvələrinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün istifadə edərək, silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir. Bu, erməni tankları tərəfindən azərbaycanlı əhalinin qovulduğu dağıdılmış evlərin hədəf alınaraq atəşə tutulması zamanı da nümayiş etdirilib. Bu, həmçinin Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan və onun mülki əhalisinə qarşı aparılmış insanlığa qarşı silsilə cinayətlər və genosid fəaliyyətlərinə əyani sübutdur. Bu, Ermənistan rəhbərliyinin “sülh, tolerantlıq və birgəyaşayış” anlayışıdır.

Ermənistan və onun yüksək rütbəli rəsmilərinin təxribatçı və təcavüzkar ritorikası ölkənin beynəlxalq hüquqa və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslərə öhdəliklərinin əleyhinə olduğunu göstərir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi, dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-in Minsk qrupu və həmsədrlərini, həmçinin Avstriyanın ATƏT sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqla xoş niyyət göstərməsini tələb etməyə çağırır.

Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımi reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR