Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Alİ Baş Komandan: "Aprel döyüşlərİndə Azərbaycan hərbİ potensİalının cüzİ hİssəsİnİ nümayİş etdİrİb"

"Son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görülüb".

 

APA-nın xəbərinə görə, bunu prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.

 

O bildirib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib.

 

Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

 

Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən Ali Baş Komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev silahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR