Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Nazİr: "İşğal olunmuş ərazİlərdə qazıntı İşlərİ aparan xarİcİ şİrkətlərİn adı "qara sİyahı"ya salınacaq"

"Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən hər hansı xarici şirkət Azərbaycanda "qara siyahı"ya daxil ediləcək".

 

APA -nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir qeyd edib ki, bu sahədə narahatıq yaradan faktlar aşkarlanıb: “İşğal olunan ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün qazıntılar aparılır, tarixi uydurma məqsədləri daşıyan işlər görülür. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Hər hansı xarici şirkət orada qanunsuz qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, Azərbaycanda "Qara siyahı"ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq".

 

Ə Qarayev məsələ ilə bağlı nazirliyin də narahatlığını bildirdiyini deyib: "Bu yaxınlarda prezident İlham ƏliyevXarici İşlər Nazirliyi müvafiq bəyanatlar verib. Biz də nazirlik olaraq UNESCO, ISESCO səviyyəsində narahatlığımızı dilə gətirmişik”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR