Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

ŞOK: " METSAMOR AES-İN TULLANTILARI XƏZƏR DƏNİZİNƏ AXIDILIR"

"Azərbaycan nüvə terrorizmi və radiasiya riski ilə üz-üzə qalıb”.
 
Bunu Sherg.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Medsamor atom elektrik stansiyasının təhlükəsi ilə bağlı açıqlamalarını şərh edərkən siyasi elmlər doktoru, professor Elçin Əhmədov deyib. 
 
O bildirib ki, Ermənistan işğal altındakı torpaqlarda nüvə tullantılarını da basdırır:
 
"Metsamor AES-in radiasiya tullantıları Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılır. Bu barədə kifayət qədər inkar edilməz faktlar var. Bundan başqa işğal olunan ərazilərdə qadağan olunan nüvə məhsullarının tranzit daşınması da böyük risklər yaradır. Prezident İlham Əliyev dəfələrlə bu məsələləri qaldırıb. 2013-cü ilin mart ayında keçirilən sammitdə hətta Fukuşima AES-lə müqayisə edildi. Və bildirildi ki, Metsamor da ən az onun qədər təhlükəlidir.
 
Bu atom elektrik stansiyasının sınaq müddəti artıq başa çatıb. Qərar qəbul olunub ki, 2026-cı ilə qədər bunun fəaliyyət vaxtı uzadılsın. Həmin zaman və 2016-cı ildə sonuncu nüvə sammitində ölkə başçısı həyəcan təbili çaldı ki, fövqəl dövlətlər buna diqqət etməlidir. Bu, yalnız Azərbaycan üçün deyil, ümumilikdə region üçün fəlakətdir. Son vaxtlar Ermənistan  Azərbaycan və Türkiyəyə qarşı radioaktiv tərkibli silahlardan istifadə etmək təhdidini səsləndirir. Bu da dünya ictimaiyyətini ciddi düşündürməlidir. Heç kim zəmanət verə bilməz ki, Ermənistan terrorçu təşkilatlarla əməkdaşlıq etməyəcək. Düşmən ölkə Metsamor AES-in imkanlarından da Azərbaycan və Türkiyəyə qarşı məqsədli istifadə etmək niyyətindədir. Bu baxımdan faktlar əslində tək Azərbaycan üçün deyil, bütün regiona təhlükədir”.
 
Metsamor AES-in yerləşdiyi ərazidə tektonik çatların əmələ gəldiyini qeyd edən E.Əhmədov bildirib ki, küləkli havalarda həmin stansiyadan yayılan radiasiya bütün regionu təhlükə altına alır:
"Ermənistan seysmik zonada yerləşdiyinə görə həyəcan təbili çalınmalıdır. Metsamorun təhlükəsini artıran bir sıra Ermənistan vətəndaşlarının cinayəti ilə bağlı faktlar var. Belə ki, ermənilərdən zənginləşdirilmiş uran filizini satmağa cəhd göstərənlər olub. Onlar zaman-zaman aşkarlanıb həbs edilib. Həm Ermənistan-Gürcüstan, həm də Ermənistan-İran sərhədində bu hadisələr baş verib. Həmin ələ keçən materiallar aşkarlanıb, götürülüb. Zənginləşdirilmiş uran yayılsa, terrorçu qruplaşmaların əlinə keçə bilər. Bu isə ciddi təhlükələrə gətirib çıxaracaq. Gələcəkdə terror təşkilatlarının - İŞİD-in, ASALA-nın əlinə keçib, Azərbaycana qarşı istifadə edilə bilər. Bununla Xəzər dənizi və Cənubi Qafqaz ölkələri üçün fəlakət mənbəyidir. Bu baxımdan böyük dövlətlər digər atom elektrik stansiyalarına göstərdikləri kimi Metsamorla bağlı da tədbir görməlidirlər”.
 
Ayyət Əhməd
 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR