Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ombudsman Şuşanın İşğalının 25-cİ İldönümü İlə əlaqədar bəyanat verİbOmbudsman Şuşanın İşğalının 25-cİ İldönümü İlə əlaqədar bəyanat verİb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Şuşanın erməni silahlı bölmələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat verib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan 1988-ci ildən başladığı növbəti hərbi təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisi, eləcə də onun ətrafındakı 7 rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilib, 20 mindən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, minlərlə insan itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub.

 

“8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal edib, bu şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olub, 165-dən çox şəxs yaralanıb, 68 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan edib, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıb, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoyub, çox sayda nadir əlyazma nümunələrini məhv edib, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa döndəriblər”, - deyə bəyanatda qeyd olunub.

 

Bəyanat BMT baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR