Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

“İşğal altında: Şuşa. Qİsas” kompüter oyununun təqdİmatı keçİrİlİb

Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən oyunun yaradıcı qrupu – “AzDimension” şirkətinin rəhbəri Fərid Haqverdiyev bildirib ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq və buna sübut kimi, bu oyunun yaradılmasını da göstərmək olar. O deyib ki, "İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır və burada hadisələr Şuşa şəhərində baş verir. F. Haqverdiyev qeyd edib ki, oyunda Azərbaycan əsgərinin timsalında işğal altındakı torpaqlarına qayıdan döyüşçü düşməndən qisas alır: "Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib. Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb”.

 

Bu ilin sonunda isə macəra-triller janrında qurulan “Sonuncu dalan” kompüter oyunun istifadəyə verilməsi nəzərdə tutulur.

 

Sonra "Şuşa" kitabının təqdimatı olub. Qeyd edilib ki, "Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə 3D formatda hazırlanan “Şuşa" kitabı uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Kitabda Şuşa qalası, Natəvan bulağı, Gövhər-ağa məscidi, Karvansaray və digər abidələr öz əksini tapıb.

 

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Şuşa haqqında həyata keçirilən layihənin çox vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan uşaqları və gəncləri Qarabağın tarixini mütləq bilməlidir: "Onlar inanmalıdır ki, işğal altındakı torpaqlarımız geri qaytarılacaq və biz orada quruculuq işləri aparacağıq. Digər tərəfdən, çox sevindirici haldır ki, bu gün Azərbaycanda İKT sahəsi sürətlə inkişaf edir. Mən ümid edirəm ki, çox adam bu oyundan istifadə edəcək və həm də bu oyun vasitəsilə onlarda vətənpərvərlik hissi oyanacaq. Burada bizim əsas məqsədimiz Qarabağ problemini dünyaya çatdırmaq və bu istiqamətdə dəstək almaqdır".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da çıxış edərək kompüter oyununun Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynayacağını qeyd edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR