Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan MN: Düşmən növbətİ hİyləyə əl atıb

"Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir. Belə tədbirlərdən biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlı adı altında saxta profillər yaratmaqla guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatların vaxtaşırı yayılmasıdır".

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Açıqlamaya əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan “Tofiq İbrahimov” adlı "Facebook" profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir, həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur: "Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir. Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR