Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan MN ermənİlərİn yaydığı dezİnformasİyalara cavab verİb

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. 

 

"Bütün bunlar erməni xüsusi xidmət orqanları və “əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır. Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir. Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət haqqında müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhv və yazılış üslubundakı uyğunsuzluqla (məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyində mövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa, uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır"  deyə, nazirlikdən bildirilib.

 

Məlumatda deylir ki, məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir: "Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub. Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər. 

 

Aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır. Nədənsə uğurlu əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudur.

 

Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi isə qarşı tərəfin iddia etdiyinin əksinə olaraq, Azərbaycan Ordusunun uğurla irəliləməsindən vahiməyə düşən  Ermənistan rəhbərliyinin yalvarıcı, aşağılayıcı və təkidli xahişi nəticəsində üçüncü tərəfin vəsitəçiliyi ilə mümkün olub. Azərbaycan tərəfinin belə bir görüşə və addıma razılaşmasının yeganə səbəbi əlavə qan tökülməsinə son qoyulması olub.
Düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi bu xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən hərbi qulluqçular arasında artan intihar, nizamnamədən kənar münasibətlər və digər cinayət əməllərindən əhalinin fikrini yayındırmağa çalışır.
Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı  altında “döyüşərək” qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata uymamağa çağırırıq".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR