Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

Avropada Təhlükəsİzlİk və Əməkdaşlıq Müşavİrəsİ (ATƏM) Xarİcİ İşlər Nazİrlərİnİn bİrİncİ əlavə görüşü, Yekun Qərar - Helsİnkİ, 24 mart 1992

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM)

Xarici İşlər Nazirlərinin  birinci əlavə görüşü

Yekun Qərar

 

Helsinki, 24 mart 1992

 

  1. 1992-ci il martın 24-də ATƏM-in Şurası öz birinci iclasını Helsinkidə keçirdi.
  2. Nazirlər onların hər birinin ATƏM-in öhdəlik və vəzifələrini qəbul etmələri haqda məktubları aldıqdan sonra Xorvatiya, Gürcüstan və Sloveniyanı üzv dövlətlər kimi salamladılar.

Nazirlər Xorvatiya və Sloveniyanın üzvlüyə qəbulunun heç bir halda nə Yuqoslaviyaya dair Konfransa təsir edəcəyini, nə də ki bu Konfransın nəticələrinə zərər vuracağını hesab etmirlər.

Nazirlər Yuqoslaviyaya dair Brüssel Konfransının Yuqoslav böhranının tam siyasi həlli axtarışlarındakı cəhdlərini dəstəkləyir.

  1. Nazirlər Dağlıq Qarabağda və onun ətrafında əzabların artması və əhali arasında insan tələfatının çoxalması ilə nəticələnən hərbi münaqişənin davam etməsi ilə bağlı öz dərin təşvişlərini bildirirlər. Münaqişənin davam etməsi və genişlənməsinin regional və beynəlxalq təhlükəsizlik üçün törədə biləcəyi nəticələri xatırladaraq münaqişənin dayandırılması yollarının və vasitələrinin geniş müzakirəsini apardılar. Onlar bütün tərəfləri dözümlülük göstərməyə çağırdılar.
  2. Nazirlər yerlərdə atəşkəs həyata keçirməyə cavabdeh olan komandirlərin fəal iştirakı ilə təcili olaraq və effektli şəkildə atəşin kəsilməsini qəti olaraq tələb etdilər. Onlar inam mühitinin və siyasi və iqtisadi təzyiq tədbirlərinin qəbul olunmasının dayandırılması da daxil olmaqla konstruktiv dialoq üçün şərtlərin bərpası ilə bağlı çağırışla müraciət etdilər.
  3. Nazirlər ATƏM çərçivəsindəki hazırki fəaliyyətin xülasəsini nəzərdən keçirdilər və Yüksək Vəzifəli Şəxslər Komitəsinin qəbul etdiyi qərara bütövlükdə razılıqlarını bildirdilər. Nazirlər ATƏM-in fəaliyyətdə olan Sədrinə bu məsələ ilə əlaqədar onlar tərəfindən qəbul olunmuş addımlara görə minnətdarlıqlarını bildirdilər və zərurət yaranarsa, ona bütün mümkün olan köməyi göstərməyə hazır olduqlarını bildirdilər.
  4. Nazirlər Avropa Birliyi və onun üzv dövlətləri, Müstəqil Dövlətlər Birliyinin üzv dövlətləri tərəfindən göstərilən qarşılıqlı tamamlayıcı səyləri, xüsusilə də BMT-nin Baş Katibi tərəfindən göstərilən səyləri alqışlayır.

Onlar ATƏM-in fəaliyyətdə olan Sədrindən bu məsələ ilə bağlı BMT ilə möhkəm əlaqələr qurmağı və mütəmadi informasiya mübadiləsi aparmağı xahiş etdilər.

Nazirlər razılaşdılar ki, bu məsələyə münasibətdə sülh prosesinin inkişaf işində ATƏM mühüm rol oynamalıdır. Onlar razılaşdılar ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyət ATƏM tərəfindən ardıcıl fəaliyyət tələb edir.

  1. Nazirlər ATƏM-in Nazirlər Şurasının Sədri cənab İrji Dinstbirə atəşin kəsilməsinin effektivliyini əldə etmək və dəstəkləmək, həmçinin hər tərəfli dinc vasitələrlə nizamlamaq üçün şəraitin yaradılmasına kömək məqsədilə yaxın günlərdə regiona səfər etməsini həvalə etdilər.
  2. Nazirlər ATƏM-in başçılığı altında Dağlıq Qarabağ üzrə Konfransın ATƏM-in müddəaları, vəzifələri və prinsipləri əsasında böhranın dinc vasitələrlə nizamlanması məqsədi ilə danışıqların aparılması üçün daimi fəaliyyət göstərən forumu təmin edəcəyini qəti əminliklə bildirdilər. Bununla əlaqədar olaraq, nazirlər təcili olaraq belə bir konfransın çağrılmasını ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədrindən xahiş etdilər.
  3. Bundan başqa, nazirlər Minskdə təşkil olunacaq konfransın iştirakçılarının Azərbaycan, Ermənistan, Belarusiya, Almaniya, İtaliya, Rusiya Federasiyası, ABŞ,Türkiyə, Fransa, Çexiya və Slovakiya Federativ Respublikası və İsveç dövlətlərinin olması ilə razılaşdılar. Dağlıq Qarabağdan seçilmiş nümayəndələr isə Konfransın üzvü olan dövlətlərlə məsləhətləşmələr aparıldıqdan sonra Konrfransın sədri tərəfindən maraqlı tərəf kimi dəvət olunacaqlar. ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri ATƏM-in başçılığı altında olan Dağlıq Qarabağ Konfransının sədrini təyin edir.
  4. Nazirlər ATƏM-in bütün üzv dövlətlərini və maraqlı tərəfləri beynəlxalq nəzarət altında olan təhlükəsizlik dəhlizi də daxil olmaqla təcili və effektli vasitələrdən istifadə etməklə bütün ehtiyacı olan şəxslərə humanitar yardım göstərilməsinin təmin edilməsi üçün bütün zəruri olan addımların atılmasına təkidlə çağırdılar.

Nazirlər ATƏM-in fəaliyyətdə olan sədrinin regiondakı missiyasına, həmçinin ATƏM-in Şurasının razılığı ilə əldə olunmuş digər fəaliyyətlərə tam dəstək verməyin Ermənistanın və Azərbaycanın vəzifələri olduğunu nəzərə çatdırdılar.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR