Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

TÜİB Cocuq Mərcanlıda yerlİ sakİnlərə dəstək tədbİrİ və “Çərpələng şənlİyİ” keçİrİb

Azərbaycandakı Türk iş adamlarını özündə birləşdirən Azərbaycan Türkiyə Sənayeçi və İşadamları İçtimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və türk iş adamları Cocuq Mərcanlıya ailələri ilə birlikdə gəlib.  

 

Nümayəndə heyəti ilk olaraq Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, daha sonra Cocuq Mərcanlı kəndinin əhalisi görüşüblər. Uşaqlar üçün “Çərpələng şənliyi” ilə yanaşı, müxtəlif oyunlar və animasiyalar təşkil olunub. Qonaqlar Cocuq Mərcanlıda inşa olunan məscidə də baş çəkiblər.

 

Səfər çərçivəsində Türkiyənin “DünyaGöz” xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi təşkil edilib, “Türk-Amerikan Medikal Center” tərəfindən yerli sakinləri pulsuz müayinə ediblər. Səfər zamanı Cocuq Mərcanlı orta məktəbinə dəstək məqsədilə məktəbin kitabxanasına 1000 ədəd kitab hədiyyə edilib. Bayram şənliklərində yerli sakinlər və səfər edən ailələrlə birlikdə türk dönəri və türk kababı ilə nahar ediblər.  

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov APA-ya açıqlamasında bildirib ki, TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu Cocuq Mərcanlıda məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçiriləcək. “TÜİB “Made in Jojuq Marcanli” brendini yaradaraq dünyaya tanıtmaq kimi tarixi bir təşəbbüs irəli sürüb. Türkiyənin iş adamları uzun illər istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək niyyətindədirlər”. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR