Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Cəbhə xəttİndə monİtorİnq keçİrən ATƏT nümayəndələrİ Füzulİ RİH-də olublar

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün qoşunların qarşıdurma xəttinin Füzuliistiqamətində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏTnümayəndələri Füzuli rayon İcra Hakimiyyətində olublar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx rayon İH başçısı Alı Alıyevlə görüşüblər.

 

Görüş zamanı A.Alıyev ATƏT nümayəndələrinə bildirib ki, qoşunların təmas xəttinin Füzuli istiqamətində sonuncu dəfə 12 sentyabr tarixində keçirilən monitorinqdən bu günə kimi ermənilər atəşkəs rejimini bəzi hallarda iri çaplı silahlardan, minaatanlardan istifadə etməklə 352 dəfə pozublar, yaşayış məntəqələrini də atəşə məruz qoyublar.

 

Qeyd olunub ki, rayonun əsasən Alxanlı, Aşağı Əbdurrəhmanlı, Qazaxlar kəndləri düşmənin hədəfinə çevrilib.

 

Görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmaq üçün Füzuli rayonunun Horadiz kəndi istiqamətinə yollanıblar.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR