Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Hİkmət Hacıyev: “CNN-İn aparıcısı Antonİ Burden Azərbaycan torpaqlarının İşğalının pərdələnməsİndə təblİğat alətİnə çevrİlİb”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Burdenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeed news” media orqanına müsahibə verib.

 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün A. Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.

 

“Təəssüf edirik ki, Antoni Burden Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində təbliğat alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.
 

Müsahibədə H. Hacıyevin “Twitter” profilində yer alan statusuna istinadən qeyd olunub ki, etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici, mənəviyyatsız hərəkətdir və bu, dayandırılmalıdır.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR