Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Zirvə Toplantıları

ATƏM-İn Budapeşt Zİrvə Toplantısı Regİonal məsələlər Dağlıq Qarabağ münaqİşəsİ İlə əlaqədar ATƏM-İn fəalİyyətİnİn İntensİvləşdİrİlməsİ haqqında - Budapeşt, 5 dekabr 1994-cü İl

ATƏM-in  Budapeşt Zirvə Toplantısı

Regional məsələlər

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar

ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi haqqında

 

Budapeşt, 5 dekabr 1994- il

 

1. İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi in­san faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏM-in Minsk Qrupu ilə birgə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə ra­zılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İş­ti­rakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətna­mə­lə­rinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şura­sı­nın münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. Bununla əlaqədar, on­lar münaqişədə iştirak edən tərəfləri, birbaşa əlaqələr də da­xil olmaqla, intensiv daimi danışıqlara çağırdılar. Bundan çıxış edə­rək onlar ATƏM-in səylərini və yardımını gücləndirəcəklərinə əmin etdilər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik səylə­ri­ni tamamilə müdafiə etdilər və Rusiya Federasiyasının çox mühüm yardımını və Minsk Qrupunun digər ayrılıqda götürülmüş üzvlə­ri­nin səylərini yüksək qiymətlən­dir­di­lər. Onlar bütün bunları ATƏM çərçivəsi daxilində vahid, uzlaşdı­rılmış səylər şəklində uy­ğunlaşdırmağa razılaşdılar.

2. Bununla əlaqədar, onlar fəaliyyətdə olan sədrə iştirakçı döv­­lətlərlə məsləhətləşərək və mümkün qədər tez bir zamanda fəa­liy­­yət göstərərək, danışıqlar üçün ümumi və razılaşdırılmış əsa­sın təmin olunması və bütün vasitəçilik və danışıqlara dair fəa­liy­­yətlərin tam uyğunlaşdırılmasının həyata keçirilməsindən ötrü Minsk Konfransının həmsədrlərini təyin etməyi tapşır­dılar. ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əldə rəhbər tu­tan həmsədrlər Minsk Qrupunun iclaslarında birgə sədr­lik edəcək və fəaliyyətdə olan sədrə birgə hesabat verəcəklər. On­lar mütəmadi ola­­raq Daimi Şuraya öz işlərindəki irəliləyişlər ba­rədə ətraflı mə­­lumat verəcəklər.

3. Bu səylərdə birinci addım kimi onlar Minsk Konfran­sı­nın həmsədrlərinə Rusiya Federasiyasının və Minsk Qrupunun di­gər ayrı-ayrılıqda dövlətlərinin köməyi və onlarla əməkdaşlıq edə­rək mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək üçün dərhal ad­­dımlar atmağı və ötən vasitəçilik fəaliyyətində artıq əldə edil­miş irəliləyişlərə əsaslanaraq silahlı münaqişə bitdikdən sonra si­­yasi sazişin imzalanması üçün intensiv danışıqlar keçirməyi tap­şırdılar. Bu sazişin həyata keçirilməsi bütün tərəflər üçün mü­­na­qişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk Konf­ran­­sının çağırılmasına imkan verəcəkdir. Bundan başqa onlar Minsk Konfransının həmsədrlərindən inam yaradılması sahəsində, xü­­su­sən humanitar sahədə tədbirlərin gələcəkdə də həyata keçi­ril­mə­­si yolunda tərəflərlə birgə işi davam etdirməyi xahiş etdilər. On­­lar iştirakçı dövlətlərin həm ayrı-ayrılıqda, həm də əlaqədar bey­­nəlxalq təşkilatlar çərçivəsində qaçqınların vəziyyətinin yün­gül­­ləşdirilməsinə xüsusi diqqət yetirərək regiondakı əhaliyə humanitar yardımın təmin olunması sahəsin­də fəaliyyət göstər­mə­lə­ri­­nin vacibliyini qeyd etdilər.

4. Onlar belə razılaşdılar ki, münaqişədə iştirak edən tə­rəf­lərin nöqteyi-nəzərinə əsasən yuxarıda göstərilən sazişin imza­lan­ması sazişin özünün həyata keçirilməsi üçün mühüm element olan çox­millətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan ve­rə­cəkdir. Onlar, BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsilə si­lahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən son­ra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələri göndərmək ba­rə­də siyasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədr­dən xahiş etdilər ki, o, mümkün qədər tez bir zamanda, 1992-ci il Hel­sinki sənədinin üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uyğun şəkildə təşkil olunacaq belə qüvvələrin yaradılması, tər­ki­bi və əməliyyatlarına dair plan hazırlasın. Bununla əlaqədar, fəa­liyyətdə olan sədrə Minsk konfransının həmsədrləri və Minsk qru­pu, Baş Katib tərəfindən köməklik və yardım göstəriləcək, o, həm­çinin müvafiq məsləhətləşmələrdən sonra sülhməramlı qüvvə­lə­ri yaradan dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, on­la­ra rəhbərlik və nəzarət, arxa təminat hissələrin və ehtiyatların pay­lanması, davranış və sazişlərin qaydalarına dair tövsiyələr ver­mək üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, BMT-nin texniki məsləhət və ekspertiza təminatına hazır olduğu ba­rədə bəyanatına əsasən BMT-dən yardım almağa çalışacaqdır. O, həm­çinin BMT TŞ-dən ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yer­ləşdirilməsi barədə davamedici siyasi dəstəyə çalışacaqdır.

5. 1992-ci il Helsinki sənədinin üçüncü bəndinin müvafiq mad­dələ­ri­nə və hazırlıq işlərinə, sonrakı saziş və tərəflərin Minsk Konfransı­nın həmsədrləri vasitəsilə fəaliyyətdə olan səd­rə rəsmi müraciətinə əsasən Dai­mi Şura ATƏM-in sülhməramlı əmə­liyyatlarının təşkilinə dair qərar qəbul edəcəkdir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR