Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 5-cİ görüşü ATƏT-İn Mİnsk prosesİ üzrə Q Ə R A R I - Budapeşt, 8 dekabr 1995-cİ İl

ATƏT-in Nazirlər Şurasının  5-ci görüşü

ATƏT-in Minsk prosesi üzrə

Q Ə R A R I

 

Budapeşt, 8 dekabr 1995-ci il

 

          Nazirlər Şurası

- ATƏT-in Minsk prosesinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə forum olmasını təsdiqləyir;

- münaqişə tərəflərinin 1994-cü il mayın 12-də bərqərar edilən atəşkəsə riayət etməyi davam etdirmək əzmlərini alqışlayır;

- tərəfləri bütün hərbi əsirləri və münaqişə ilə bağlı saxlanılan bütün şəxsləri dərhal azad etməyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin şəxslərin saxlanıldığı bütün yerlərə və bütün saxlanılanlara maneəsiz baş çəkməsini təmin etməyə çağırır;

- fəaliyyətdə olan sədrlə koordinasiyada təxirə salınmadan silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin əldə edilməsi yolunda Minsk konfransının Həmsədrlərinin səylərini dəstəkləyir. Belə sazişin yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və qısa vaxt ərzində Minsk  konfransını  çağırmağa  imkan  yaradacaq.  Sazişin  imzalanması  Daimi  Şuraya  fəaliyyətinin  davam etdirilməsi lazım olan Yüksək Səviyyəli Planlaşdırma Qrupunun dəyərli tövsiyələrinə əsaslanaraq ATƏT-in sülhməramlı əməliyyatının keçirilməsi haqqında qərar qəbul etməyə imkan yaradacaq;

-  münaqişənin  nizamlanması  prinsipləri  üzrə  razılaşmanın  əldə  edilməsi  məqsədilə,  həmsədrlərlə koordinasiyada  birbaşa  əlaqələrin  qurulmasına  dair  ifadə  olunmuş  öhdəlikləri  alqışlayır  və  bunu  tez  bir zamanda gerçəkləşdirməyə təkidlə çağırır;

            - kompromisin tezliklə əldə edilməsi məqsədilə tərəflərin ən vacib məsələləri nəzərdən keçirməyə ifadə  olunmuş hazırlıqlarını nəzərə alır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR