Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Zirvə Toplantıları

ATƏT-İn Lİssabon Zİrvə Toplantısının sənədlərİnə Əlavə 1 ATƏT-İn Fəalİyyətdə olan Sədrİnİn BƏYANATI - Lİssabon, 3 dekabr 1996-cı İl

ATƏT-in Lissabon Zirvə Toplantısının sənədlərinə Əlavə 1

ATƏT-in Fəaliyyətdə olan Sədrinin

 BƏYANATI

 

Lissabon, 3 dekabr 1996-cı il

 

Hamınız bilirsiniz ki, son iki il ərzində Dağlıq Qarabağ mü­na­qişəsinin həllində və Azərbaycan Respublikası­nın ərazi bü­tövlüyü məsələsində heç bir tərəqqi əldə edil­mə­miş­dir. Mən təəs­süf edirəm ki, Minsk Konfransı həmsədrlə­ri­nin tənzimləmə prin­sip­ləri məsələsində tərəflərin mövqe­lərini yaxınlaşdırmağa yönəldilən səyləri uğursuz olmuşdur.

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişə­si­nin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmiş­lər. Bu prinsipləri Minsk Qrupunun üzvü olan bütün ölkələr müda­fiə edirlər. Onlar aşağıdakılardır:

-  Ermənistan Respublikası və Azərbaycan Respublikası­nın əra­zi bü­tövlüyü;

- Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəra­tı­nı tə­yin etməyə əsaslanan bir razılaşmada müəyyən edilən ən yüksək özü­nüidarəsini təmin edən hüquqi statusu;

- Məsələnin həllinin müddəalarına əməl olunmasını təmin et­mək barədə bütün tərəflərin qarşılıqlı öhdəlik­ləri daxil ol­maq­la, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi.

Mən təəssüf edirəm ki, Ermənistan bununla razılaşa bil­mə­di. Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən mü­da­fiə edilir.

Bu bəyanat Lissabon sammitinin sənədləri sırasına daxil edi­ləcəkdir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR