Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Azərbaycanın İşğal olunmuş ərazİlərİnə qanunsuz səfər etmİş şəxs beynəlxalq axtarışa verİlİb

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı Baş Prokurorluqtərəfindən cinayət-hüquqi tədbirlər davam etdirilir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın  rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış  məntəqələrinə gəlməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində  məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR