Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

UNİCEF-İn Azərbaycan nümayəndəlİyİnİn rəhbərİ: "Atəşkəsİn pozulması nətİcəsİndə uşaqların ölməsİ qəbuledİlməzdİr"

UNİCEF beynəlxalq təşkilat olaraq dəfələrlə bəyan edib ki, istənilən münaqişə zamanı, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhali, xüsusilə, uşaq və qadınlar əziyyət çəkməməlidir”.

 

Bunu UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin APA-ya müsahibəsində deyib.

 

Ötən ilin iyul ayında 2 yaşlı Zəhranın Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində öldürülməsi məsələsində UNİCEF-in səssiz qalması ilə bağlı sualı cavablandıran E. Karvardin bildirib ki, atəşkəsin pozulması nəticəsində insan, xüsusilə uşaq ölümü hallarının bir daha baş verməməsi, bu cür hadisələrin qarşısının alınması münaqişə tərəflərinin əlindədir: “Qadınların, uşaqların öldürülməsi, eyni zamanda uşaqların daha çox olduğu təhsil müəssisələrinin, xəstəxanaların, oyun yerlərinin atəşə tutulması qəbuledilməzdir. Tərəflər uşaqları şiddətdən qorumalıdır. Bu halların baş verməməsi üçün münaqişədə iştirak edən tərəflər məsuliyyət daşımalıdır. Çünki bu münaqişəni, bu cür hallara şəraiti onlar yaradır”.

 

 

Diplomat qeyd edib ki, BMT baş katibi bir neçə dəfə münaqişə tərəflərinə müraciət edərək, onları münaqişənin sülh yolu ilə nizamlama istiqamətində müəyyən işlər görməyə və danışıqlar aparmağa çağırıb: "Ona görə hesab edirəm ki, münaqişə tərəfləri özləri bu cür halların qarşısının alınması üçün daha fəal olmalıdır. Münaqişənin sülh yolu ilə həlli üçün uzun müddətdir, davam edən müəyyən proses mövcuddur. Düşünürəm ki, tərəflər bu prosesdən hərtərəfli istifadə etməlidir ki, sülhə nail olsunlar və qəbul olunmuş qətnamələrə əməl etməklə sülhə şərait yaratsınlar. UNİCEF-in bu məsələdə mövqeyi çox aydındır. Bir daha bəyan etmək istərdim ki, heç bir uşaq münaqişədən əziyyət çəkməməli, münaqişə qurbanına çevrilməməlidir. Bu, bizim rəsmi mövqedir və bu mövqedə dayanmağa davam edəcəyik”.

 

Qeyd edək ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR