Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ərdoğan: “Qarabağ münaqİşəsİ beynəlxalq hüquq prİnsİplərİ çərçİvəsİndə həll olunmalıdır”

“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”.
 

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 
 
 
Ərdoğan deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyəyə ilk dəstək verən liderlərdən biri İlham Əliyev olub: “Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı da Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindəyik. 7-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR