Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Marİya Zaxarova Ermənİstandakı vəzİyyətİn Qarabağ nİzamlanmasına təsİrİnə münasİbət bİldİrİb

"Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistandakı seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin intensivləşməsi imkanının olub-olmaması ilə bağlı suala cavabında bildirib.
 

“Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır", - deyə o vurğulayıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR