Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent: "Heydər Əlİyev o vaxt Azərbaycanda olsaydı, Qarabağ münaqİşəsİnİn başlamasına İmkan verməzdİ"

 

 
 
 

“Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri sovet rəhbərliyində yüksək qiymətləndirilib. 1982-ci ildə Leonid Brejnev vəfat edəndən və Yuri Andropov hakimiyyətə gələndən sonra onun ilk təyinatı məhz Heydər Əliyevin adı ilə bağlı olub. Heydər Əliyevi Moskvaya dəvət etmiş və ona yüksək vəzifə təklif etmişdir - Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrini. Mən yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd edirdi, Azərbaycandan getmək istəmirdi”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin o zaman gördüyü işlər  Azərbaycanı böyük dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı böyük planları var idi: “Ancaq o vaxt təbii ki, güclü nizam-intizam var idi və eyni zamanda, sovet dövləti qarşısında yeni vəzifələr durmuşdu və o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü. 1982-1987-ci illərdə o, bir çox önəmli sahələrə rəhbərlik edərək sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini verib. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa edilmişdir, onun tikintisi tamamlanmışdı.

 

 

Eyni zamanda, daim Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü işlər və fəaliyyəti imkan verirdi ki, o, Azərbaycanı tərk edəndən sonra da Azərbaycan inkişaf etsin. Ancaq buna baxmayaraq respublikada sosial-iqtisadi göstəricilər getdikcə aşağı düşürdü, vəziyyət tənəzzülə uğrayırdı. Nəticədə 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdır”.

 

Prezident İlham Əliyev, 1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırıldığını qeyd edib: “Bunun heç bir əsası yox idi. Çünki onun peşəkarlığı, gördüyü işlərin nəticələri, əlbəttə ki, ona qarşı edilən ədalətsizliyə uyğun gəlmirdi. Ancaq o vaxt sovet rəhbərliyində olan adamlar, sovet dövlətinin rəhbəri ona qarşı çox mənfi münasibət göstərirdi. Heydər Əliyev çox prinsipial, sözünü deyən insan idi. O görürdü ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. O görürdü ki, real islahat əvəzinə, boşboğazlıq, populizm hökm sürür. O görürdü ki, qəbul edilmiş qərarlar sovet dövlətinin zəifləməsinə xidmət göstərir. Eyni zamanda, 1985-ci ildən başlayaraq, Sovet İttifaqında milli münasibətlər sahəsində çox böyük pozuntulara yol verilmişdir. Sovet dövlətini vahid bir dövlət kimi saxlayan, ilk növbədə, milli münasibətlərin tənzimlənməsi idi. 1985-ci ilə qədər bu münasibətlər demək olar ki, sağlam zəmində qurulmuşdu. Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya bilirdilər.

 

Ona görə bütün bu xoşagəlməz meyillərə qarşı Heydər Əliyev biganə qala bilməzdi, öz səsini ucaldırdı və əlbəttə ki, bu, sovet rəhbərliyinin xoşuna gəlmirdi. Heç bir əsas olmadan bütün vəzifələrdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük dayağı itirmiş oldu. Bizim mənfur qonşularımız dərhal bundan istifadə etdilər, onun istefasından iki həftə keçməmiş erməni separatçıları və onların mərkəzdəki havadarları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilsin”.

 

Prezident qeyd edib ki,  Heydər Əliyev amili, güclü şəxsiyyətin dövlətin mərkəzində olması imkan vermirdi ki, belə separatçı meyillər baş qaldırsın: “Baxmayaraq ki, 1969-cu ilə qədər belə meyillər var idi. Ancaq Heydər Əliyev Azərbaycana rəhbər vəzifəsinə gələndən sonra bütün bu meyillərin qarşısı alınmışdır.

 

O vaxtdan xalqımıza, respublikamıza qarşı çox böyük ədalətsizliklər edilmişdi. Bunun nəticəsində Azərbaycan böyük fəlakətlə üzləşmişdi. Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın. Çünki onun qətiyyəti, cəsarəti, nüfuzu heç vaxt imkan verməzdi ki, belə meyillər mövcud olsun. Ancaq ondan sonrakı rəhbərlər, əfsuslar olsun ki, zəiflik göstərmişlər, prinsipiallıq göstərməmişlər və onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük əhəmiyyət kəsb edirdi”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR