Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Rövşən Rzayev İşğal altındakı rayonların Ağsaqqallar Şurası və Veteranlar Bİrlİyİnİn rəhbərlərİ İlə görüşüb

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  işğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yaxından iştirak etdiyini bildirib.

 

Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışaraq  Prezident İlham Əliyevin hər zaman onların  problemlərini diqqətdə saxladığını, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması yönündə ardıcıl və məqsədiyönlü işlər gördüyünü  bildirib. R. Rzayev Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını söyləyib.

 

Torpaqlarımızın işğalından danışan Xocalı veteranlarının nümayəndəsi Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu,  dünyanın bu ədalətsizliyə ikili standartla yanaşdığını bildirib. Komitə sədri R. Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən, kampaniya çərçivəsində Xocalısoyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilməsi nəticəsində bir çox ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanındığını vurğulayıb.

 

Görüşün sonunda əraziləri işğal olunan Ağdam, Fizuli, KəlbəcərQubadlıLaçınZəngilanŞuşaXocalıXocavənd rayonlarının Ağsaqqallar Şuraları və Rayon Veteranlar Birliklərinin nümayəndələri ilə birgə xatirə şəkli çəkilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR