Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 9-cu görüşü Nazİrlər Şurasının Bəyanatları QƏRAR № 2 - Buxarest, 4 dekabr 2001-cİ İl

ATƏT-in Nazirlər Şurasının 9-cu görüşü

Nazirlər Şurasının Bəyanatları

QƏRAR № 2

 

Buxarest, 4 dekabr 2001-ci il

 

            Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilməməsindən dərin təəssüf hissimizi bildiririk. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.

            Biz sülh dialoqunun davam etdirilməsinin vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz həmçinin tərəfləri hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, qarşılıqlı etibar və inamın

möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.
            Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR