Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 12-cİ görüşü Dağlıq Qarabağ münaqİşəsİ İlə əlaqədar B Ə Y A N A T - Sofİya, 6 dekabr 2004

ATƏT-in Nazirlər Şurasının 12-ci görüşü

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar

 B Ə Y A N A T

 

Sofiya, 6 dekabr 2004

 

            Biz 2004-cü ildə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı əldə edilmiş irəliləyişi, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentlərinin üç görüşünü müsbət qiymətləndiririk. Biz həmçinin, hər iki ölkənin Xarici işlər nazirlərinə məsələnin gələcək həll yolunun bütün parametlərini metodiki baxımdan yenidən nəzərdən keçirməyə imkan verən “Praqa prosesi” adlandırılan prosesin yaradılmasını alqışlayırıq.

Biz qeyd edirik ki, “Praqa prosesi”nin nəticələrinə əsaslanaraq ATƏT-in Minsk Qrupu həmsədrləri sentyabr ayında Astanada hər iki Prezidentə nizamlama prosesi üçün əsas ola biləcək çərçivəni təqdim etmişlər. Biz Ermənistan və Azərbaycan Prezidentlərini həmin çərçivəni nəzərə almağa və ona əsasən irəli getməyə dəvət edirik. Biz tərəfləri Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk Qrupu çərçivəsində tez bir zamanda həll etmək üçün öz səylərini ikiqat artırmağa çağırırıq.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR