Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 14-cü görüşü Dağlıq Qarabağ münaqİşəsİ İlə əlaqədar BƏYANAT - Brüssel, 5 dekabr 2006-cı İl

ATƏT-in Nazirlər Şurasının 14-cü görüşü
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
BƏYANAT

 

Brüssel, 5 dekabr 2006-cı il


        ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin səyləri və ATƏT-in fəaliyyətdə olan Sədrinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 2006-cı il ərzində aparılmış danışıqlar nəticəsində tərəflərin əsas prinsiplər üzrə razılığa gəlmələri üçün daha da yaxınlaşmaları bizi ruhlandırmışdır.

        Biz Böyük Səkkizliyin (cari ilin) iyul ayında Sankt-Peterburq şəhərində keçirilmiş Sammitində Böyük Səkkizliyin liderləri tərəfindən bu səylərə ifadə edilmiş dəstəyi salamlayırıq.

Biz Ermənistan və Azərbaycan Prezidentlərinin bu əsas prinsiplər üzərində növbəti il ərzində mümkün qədər tez yekun razılığa gəlmələri üçün göstərdikləri səyləri daha da artırmalarını israr edirik.

Biz tərəfləri yanğınların yayıldığı ərazilərdə dayandırılması və onların fəsadlarının aradan qaldırılması məqsədi ilə beynəlxalq ictimaiyyətin köməyi ilə ekoloji əməliyyatın aparılması üçün əməkdaşlığın artırılmasına çağırırıq. Bu tədbirlərin aparılması tərəflər arasında inamın bərpa edilməsi üçün əhəmiyyətli addımlar ola bilər. ATƏT yardım göstərməyə hazırdır.

Biz eyni zamanda ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi və onun regiondakı missiyasına, xüsusən də onların Ekoloji Dəyərləndirmə Missiyası və atəşkəsin davam etməkdə olan monitorinq fəaliyyətinə dəyişməz dəstəyimizi ifadə edirik. Biz təəssüf edirik ki, vaxtaşırı olaraq cəbhə xətti boyunca insanların həyatının itirilməsi ilə nəticələnən insidentlər davam edir və hər iki tərəfi atəşkəsə sayıqlıqla riayət etməyə çağırırıq.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR