Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 16-cı görüşü Dağlıq Qarabağ münaqİşəsİ İlə əlaqədar BƏYANAT - Helsİnkİ, 5 dekabr 2008-cİ İl

ATƏT-in Nazirlər Şurasının 16-cı görüşü
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
BƏYANAT

 

Helsinki, 5 dekabr 2008-ci il

 

Biz Ermənistan və Azərbaycan Prezidentlərinin iyunun 6-sı San-Peterburqda və xüsusilə noyabrın 2-də Moskvada 2008-ci ildə baş tutan iki görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üzrə sülh prosesindəki konstruktiv və müsbət məqamı alqışlayırıq. Ermənistan, Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanmış Moskva Bəyənnaməsi münaqişənin həlli prosesində ümidverici fazanın başlanğıcı olmuşdur.

Biz Minsk Qrupu Həmsədrləri ilə birlikdə 2007-ci il noyabrın 29-da Madriddə təklif olumuş Əsas Prinsiplərin hazırlanmasının davam etdirilməsi və daha sonra hərtərəfli Sülh Sazişinin hazırlanmasına başlanması üçün tərəflərin Moskva Bəyannaməsinin müddəalarına uyğun olaraq danışıqlar prosesini intensivləşdirmək cəhdlərini tam təşviq edirik. Biz onların etimad quruculuğu tədbirlərini inkişaf etdirmək və atəşkəsi gücləndirmək niyyətlərini yüksək qiymətləndiririk.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR