Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Komitəsi

Avropa Şurası Nazİrlər Komİtəsİ Dağlıq Qarabağ münaqİşəsİnİn gərgİnləşməsİnə daİr BƏYANAT - 15 aprel 1993

Avropa Şurası
Nazirlər Komitəsi
Dağlıq Qarabağ münaqişəsinin

gərginləşməsinə dair

BƏYANAT *

                                                    

Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və xüsusilə döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dərhal dayandırılması tələbini dəstəkləyir və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına çağırır.

Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsi və insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:

- döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatçılığını ifadə edir;

- bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə təhlükə olması faktına təəssüflənir;

- güc vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini bəyan edir;

- həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusilə münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım səylərinin maneəsiz buraxılmasına çağırır;

- münaqişə tərəflərindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;

- hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.

------------------

* Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir müavinlərinin 492-ci iclasında qəbul edilmişdir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR