Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Hİkmət Hacıyev: "Ermənİstanın çoxsaylı hərbİ cİnayətlərİnə rəğmən, BMT TŞ hərbİ trİbunalların təşkİlİnə daİr qətnamələr qəbul etməyİb"

"Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMTTəhlükəsizlik Şurası hərbi tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul etməyib”.

 

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: “Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".

 

 

XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərə görə bir dövlət olaraq məsuliyyət daşımaqla yanaşı, bu ölkənin hərbi-siyasi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar: "Bunun üçün Ermənistan sivil davranışını nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Ermənistan insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR