Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Polşa vətəndaşının adı Azərbaycan Xarİcİ İşlər Nazİrlİyİnİn arzuolunmaz şəxslər sİyahısından çıxarılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Polşa Respublikasının vətəndaşı, “Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mateuş Lisovski məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını və bu səfərin nəticələrindən məlumatsız olduğunu qeyd edib. O, Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən M.Lisovski gələcəkdə belə səfərlərdən çəkinəcəyini bildirib, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını və ölkəmizə səfər üçün müvafiq icazənin verilməsini xahiş edib.

M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR