Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Hİkmət Hacıyev: Fransanın hərəkətlərİ Mİnsk qrupunun həmsədr ölkəsİ kİmİ üzərİnə götürdüyü öhdəlİklərlə bİr araya sığmır

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də həmin ərazilərdə yaradılan qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfər etmələridir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Fransa həmsədr ölkələrdən biridir, vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir. Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş şəhərləri ilə “qardaşlaşma”sı, özünü qondarma rejimin rəhbəri kimi təqdim edən şəxsin Fransaya səfəri kimi hallar baş verir ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır, bunun qarşısı alınmalıdır. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, Azərbaycanın diplomatik nümayəndəlikləri bu xüsusda Fransa tərəfinə ölkəmizin ciddi etirazını çatdıracaqlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da məsələyə münasibətini bildirib, əgər Bako Saakyan kimi bir şəxs Fransanın ərazisinə gedirsə, onda icmalara münasibətdə bərabərhüquqlu münasibət də təmin olunmalıdır. Hər iki icma bərabərhüquqludur. Əgər hər hansı icmaya xüsusi münasibət göstərilirsə və digərinin hüququna biganəlik nümayiş etdirilirsə bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Fransa və digər dövlətlər münaqişənin həlli prosesinə töhfə vermək istəyirlərsə, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Bu proses çərçivəsində isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməli və dəstəklənməlidir. Ona görə də həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəaliyyət göstərməsi faydalı olardı.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR