Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Paşİnyan Azərbaycan və Ermənİstan qoşunlarının təmas xəttİndəkİ nİsbİ sabİtlİk barədə

Bakı. Fikrət Doluxanov - Trend:

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki nisbi sabitlik iki ölkənin liderləri arasında Düşənbədə əldə olunmuş razılaşmaların nəticəsidir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

 

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR