Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Komitəsi

KOMMÜNİKE - 9 noyabr 2000-cİ İl

KOMMÜNİKE

 

Nazirlər Komitəsi İtaliyanın Xarici işlər naziri cənab Lamberto Dininin sədrliyi ilə 2000-ci il  noyabrın 9-da Strasburqda 107-ci iclasını keçirdi. 

Baş Katibin dəvəti ilə  iclasdan öncə 2000-ci ilin noyabrın 8-də qeyri-rəsmi görüş keçirilmişdir.

Nazirlərin 9 noyabrda rəsmi görüşü Prezident Kaştunitsa ilə onun ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı.

 Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən, Moldova və Qafqazda demokratik sabitliyin gücləndirilməsində Avropa Şurasının töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir.

 Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə hər iki ölkənin Avropa Şurasının tələb olunan standartlarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə münasibətdə Nazirlər müəyyən narahatlıqla vəziyyəti nəzərə aldılar. Nazirlər Təşkilata daxil olmaq üçün Ermənistan və Azərbaycanı eyni vaxtda dəvət etməyi qərara aldılar (və bu ölkələrin Xarici işlər nazirlərinin bəyanatlarını razılıqla nəzərə aldılar) və bəyan etdilər ki, iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir müavinlərinin görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistan və Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və qanunun aliliyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər Avropa Şurasının bu məqsədlə əməkdaşlıq etməyə hazır olduğunu təkrarladılar. Onlar, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində təxirə salınmadan real nəticələr əldə etməyi Ermənistan və Azərbaycandan təkidlə tələb etdilər.

----------------------

           * “Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırır” 
     (9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci iclasında qəbul edilmişdir).

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR