Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Azərbaycan Respublİkası Dağlıq Qarabağ Bölgəsİnİn Azərbaycanlı İcması” İctİmaİ Bİrlİyİnİn növbətİ qurultayı keçİrİlİb

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Həmçinin icmanın yeni sədri və idarə heyəti seçilib.

İctimai Birliyin sədri Bayram Səfərov qurumun ötən dövrdəki fəaliyyəti barədə danışıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və erməni separatizminin beynəlxalq aləmdə ifşası istiqamətində səylərini davam etdirir. Münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasət, həyata keçirilən genişmiqyaslı tədbirlər barədə maarifləndirmə işləri aparılıb. Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşmüş vətəndaşlarımızın hüquq və mənafeləri ilə bağlı müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib. Müntəzəm olaraq Xocalı soyqırımı, Qaradağlı faciəsi, Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər edilir.

İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, deputatlar Flora Qasımova və Elman Məmmədov icmanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən dövlət siyasətinə verdiyi dəstəkdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi sayəsində bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Qurultayda təşkilati məsələlərə də baxılıb. Tural Gəncəliyev “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Elçin Əhmədov və Asif Cahangirov isə sədrin müavinləri seçiliblər.

Sonda qurultay iştirakçıları adından dünya ictimaiyyətinə ünvanlanan bəyanat qəbul olunub.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR