Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Ermənİstanda və Dağlıq Qarabağda saxlanılan hərbİ əsİrlər və gİrovlar haqqında

Ermənistanda və Dağlıq Qarabağda saxlanılan

hərbi əsirlər və girovlar haqqında*

 

Strasburq, 25 aprel 2001-ci il

 

1. 1988-ci ildə başlanmış və sonralar Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi respublikamızın ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələnmişdir.

2. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 2001-ci il 10 aprel tarixli məlumatına əsasən, işğal nəticəsində 4959 nəfər itkin düşmüş, onlardan 1092 nəfəri 1992-2001-ci illər ərzində azad edilmişdir. Həmin məlumatda göstərildiyi kimi, onlardan 176 nəfəri xəstədir.

3. İndi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində 783 nəfər əsir saxlanılır, onlardan 18-i uşaq, 43-ü qadın, 56 nəfəri qocadır. Ancaq Ermənistan tərəfi bu faktı inkar edir.

4. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə, bu təşkilat altı aydan artıqdır ki, həmin əsirlərlə görüşə bilmir.

5. Azərbaycan və Ermənistanın Avropa Şurasının tamhüquqlu üzvü olmasından artıq üç ay keçir. Belə bir nüfuzlu təşkilatın üzvü olan ölkənin ərazisində hətta adi insan hüquqları qorunmayan bu qədər əsirin olması qəbuledilməzdir.

6. Azad edilmiş əsirlərin dediyinə görə, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə məruz qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar.

7. Assambleya Nazirlər Komitəsinə müraciət edərək Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində insan hüquqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsini bütün imkanlardan istifadə etməklə təmin etməyə çağırır.

8. Assambleya Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə müraciət edərək problemin tezliklə həll olunması ilə bağlı xüsusi məruzə hazırlamasını xahiş edir.

-----------------------

           * Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9063

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR