Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Hİkmət Hacıyev: Azərbaycan Prezİdentİ İlə Ermənİstan baş nazİrİnİn Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərİn davamı kİmİ qİymətləndİrİlə bİlər

Bakı, 23 yanvar, AZƏRTAC 

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

-Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü barədə nə deyərdiniz?

-Bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.

Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR