Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Ermənİlərİn azərbaycanlılara qarşı soyqırım sİyasətİnİn tanınması haqqında yazılı bəyannamə - Strasburq, 26 aprel 2001- cİ İl

Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin

tanınması haqqında yazılı bəyannamə*

 

Strasburq, 26 aprel 2001- ci il

 

Azərbaycan torpaqlarının Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə parçalanmasından başlanan soyqırım Azərbaycan tarixinin tərkib hissəsidir.

Ermənilər “Böyük Ermənistan” yaratmaq iddiası ilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdilər.

1918-ci ilin martında ermənilər Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa ərazilərdə azərbaycanlılara qarşı qətliam törətdilər.

Sovet rejiminin köməyi ilə Ermənistan 1920-ci ildə Zəngəzuru və başqa Azərbaycan torpaqlarını öz ərazisinə birləşdirdi.

1948-1953-cü illərdə kommunist rejimi azərbaycanlıları onların Ermənistandakı tarixi torpaqlarından Azərbaycana deportasiya etdi.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra yüz minlərlə azərbaycanlı yenidən öz tarixi torpaqlarından deportasiya edildi.

1992-ci il fevral ayının 26-da Xocalı əhalisi ermənilər tərəfindən bütünlüklə məhv edildi, şəhər xarabazara çevrildi.

Dağlıq Qarabağdakı erməni separatizmi və Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində minlərlə insan məhv oldu, bir milyondan artıq əhali evindən-eşiyindən didərgin düşdü.

Biz, Parlament Assambleyasının bütün digər üzvlərinə müraciət edərək XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımını tanımaq üçün zəruri addımlar atmağı xahiş edirik.

-----------------------

* Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9066

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR