Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Azərbaycan XİN: Paşİnyanın məntİqİnİ anlamaq çətİndİr

Bakı, 31 yanvar, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcəyik” kimi bəyanatla çıxış edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanata münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı yaydığı açıqlamada deyilir: “Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR